İlqar Muradov bıçaqlandı!

İlqar Muradov bıçaqlandı!

4 Sentyabr 2014 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda azərbaycanlı qətlə yetirilib! Hadisə paytaxtda yerləşən Lilo restoranı yaxınlığında baş verib.

Qaracalar kəndindən olan 35 yaşlı İlqar Muradov həmkəndlisi 45 yaşlı Niyazi ilə restoranda spirtli içki qəbul edib. Daha sonra aralarında yaranmış mübahisə zəminində Niyazi İlqarı bıçaqlayaraq öldürüb.

Şahidlər hadisə yerinə polisin gəldiyini və Gürcüstan DİN əməkdaşlarının qətl hadisəsində şübhəli bilinən şəxsi müəyyən etdiklərini bildiriblər. Hələlik şübhəli şəxsin axtarışı gedir, qətlin əsas motivi isə bilinmir. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Mediainfo.az