Quldur dəstə ifşa olundu

Quldur dəstə ifşa olundu

3 Sentyabr 2014 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran rayon sakini quldurların hücumuna məruz qalıb.

Şəhər Rayon Polis İdarəsindən verilən məlumata görə, Bəhruz Səmədov polisə bildirib ki, naməlum şəxslər ona hədə-qorxu gələrək pulunu və mobil telefonunu götürüb.

Cinayətdə şübhəli bilinən Lənkəran şəhər sakinləri Bəhruz Musayev, Şəhriyar Əliyev, İbrahim Hüseynov, Aslan Əzimov, Cəmil Əhədli, Peyman Məmmədov saxlanılıb. Müəyyən edilib ki, saxlanılan şəxslər zərərçəkəni əvvəlcə döyüb, sonra da bıçaqla hədələyib 5550 manatını və 2 ədəd mobil telefonunu götürüblər.

Faktla bağlı quldurluq maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dəstə üzvlərinin digər cinayətlərdə iştirakı araşdırılır.

Mediainfo.az