Qobustan həbsxanasında dustaqlar özlərini doğrayıblar

Qobustan həbsxanasında dustaqlar özlərini doğrayıblar

25 Avqust 2014 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar. Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.

Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Rövşən Niyazov məhbuslarla sərt şəkildə davranır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.

R. Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.

Məsələ ilə bağlı "Qafqazinfo" Penitensiar Xidmətin Mətbuat Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildiriblər ki, onlara belə bir məlumat daxil olmayıb.

Mediainfo.az