Cəlilabadda çürümüş kişi meyiti tapılıb
Cəlilabad şəhərinin Qurtuluş küçəsindəki Şadlıq sarayının arxasındakı kolluqdan meyit tapılıb. Bu barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına xəbər verilib.
Araşdırmalardan sonra məlum olub ki, dünyasını dəyişmiş şəxs Cəlilabad şəhəri Cavanşir küçəsinin sakini, 50 yaşlı Abas Fazil oğlu Məmmədovdur. Meyit uzun müddət kolluqda qaldığından çürüyərək tanınmaz hala düşüb. Mərhumun yaxınları onu əynindəki paltarından tanıya biliblər.
Qeyd edək ki, A. Məmmədov ailəli olub, lakin içki düşkünü olduğu üçün bir müddət əvvəl ailəsindən ayrılıb və səfil həyat tərzi sürüb. İlkin ehtimallara görə, onun ölümünə də məhz normadan artıq içkini qəbul etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər










































.jpg)




















































