Sumqayıtda uşaq oğurlayan qadın axtarışa verilib! - FOTO

Sumqayıtda uşaq oğurlayan qadın axtarışa verilib! - FOTO

15 Avqust 2014 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

2 aylıq körpəni oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Sarı saçlı, kök bədən quruluşlu qadın ananı aldadaraq uşağı götürüb və hadisə yerindən uzaqlaşıb.

Görüntülərdəki sarı saçlı qadını tanıyanlardan (018) 654-02-02, (070) 510-22-50 nömrəli telefonlara məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq. Qeyd edək ki, Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.

Hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.

Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Bldirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.

Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mediainfo.az