Bu gün 148 saylı avtobusun aşması nəticəsində iki nəfər ölüb!
Bakıda baş verən avtobus qəzasında xəsarət alanların adları məlum olub:
52 yaşlı Dilarə Alagözova, 27 yaşlı Roman Hacıyev, 21 yaşlı Ayşən Eminova, 43 yaşlı İlahə Babayeva, 19 yaşlı Fuad Kazımov və 17 yaşlı Cəmilə Şükürlü müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olublar.
Qəza nəticəsində xəsarət alanlardan daha bir nəfər - naməlum kişi xəstəxanada dünyasını dəyişib. Bununla da, qəzada ölənlərin sayı ikiyə çatıb.
Xatırladaq ki, bu gü səhər saatlarında tikilməkdə olan Olimpiya Stadionu qarşısında qəza baş verib. 148 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü, 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Avtobusda olan sərnişinlərdən 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az



































































.jpg)
.jpg)
.jpg)
























