Sumqayıtlı ər-arvad etiraz olaraq özlərinə od vurdular!

Sumqayıtlı ər-arvad etiraz olaraq özlərinə od vurdular!

13 Avqust 2014 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakının Səbail rayonunda, Prezident Administrasiyasının yanındakı bağda intihar hadisəsi qeydə alınıb. Sumqayıt şəhər sakinləri - 39 yaşlı Elçin (soyadı dəqiqləşməyib) və onun həyat yoldaşı, 32 yaşlı Jalə Səlimova üstünə yanacaq tökərək özlərini yandırıblar. Hadisə yerində olan şəxslərin köməkliyi ilə onlar xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, ər-arvad Sumqayıt Şəhər Məhkəməsinin qərarına etiraz olaraq bu addımı atıblar. Onların evlərinin sökülməsi ilə bağlı çıxarılmış qərardan narazı qaldıqları bildirilir.

Mediainfo.az