Maştağada baş verən qəzada yaralanan daha iki nəfər də dünyasını dəyişdi...
Ötən gecə Maştağa qəsəbəsində baş verən yol qəzasında xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Musa Məmmədov və Mircəfər Əsgərov bu gün dünyalarını dəyişiblər.
Xatırladaq ki, dünən Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi "VAZ-2107" markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı "KamAZ" markalı yük maşınına çırpıb.
Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər. "VAZ-2107"də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Mediainfo.az

































.jpg)





























































