Ağcabədi rayonunda baş vermiş qəzada üç nəfər ölüb, biri yaralanıb

Ağcabədi rayonunda baş vermiş qəzada üç nəfər ölüb, biri yaralanıb

12 Avqust 2014 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayonunda baş verən yol qəzasında ölənlərin və xəsarət alan şəxsin adı açıqlanıb.

Qəza nəticəsində 1982-ci il təvəllüdlü Namiq Cəmil oğlu Əliyev, 1970-ci il təvəllüdlü Nizami Məhəmməd oğlu Muradov və 1960-cı il təvəllüdlü Aydın Sarı oğlu Mustafayev ölüb. 1964-cü il təvəllüdlü Əhəd Mehman oğlu Quliyev isə qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, Ağcabədi rayonunda üç nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Mingəçevir-Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində "Chevrolet" markalı minik maşını ağaca çırpılıb, nəticədə Ağcabədi rayon Qaradolaq kənd sakinləri Əliyev Namiq Cəmil oğlu, Muradov Nizami Məhəmməd oğlu və hələlik adı açıqlanmayan daha bir nəfər ölüb, Quliyev Əhəd Mehman oğlu isə ağır xəsarətlər alıb. Xəsarət alan şəxs Bakı xəstəxanalarından birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az