Polkovnik-leytenant dünyasını dəyişib

Polkovnik-leytenant dünyasını dəyişib

4 Avqust 2014 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 3-də Dübəndi qəsəbəsində ağır yol qəzası baş verib. Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Bayram Ağayevin idarə etdiyi "Volkswagen" markalı maşınla toqquşub. Nəticədə F. Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən F. Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin əməkdaşıdır. O polis polkovnik-leytenantı rütbəsi daşıyıb. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az