Qatil tapıldı

Qatil tapıldı

10 İyun 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Türkiyədəki yükdaşıma şirkətlərindən birində bağlamadan tapılan azərbaycanlıya aid cəsədin sirri açıqlanıb. Bağlamadan çıxan cəsədin azərbaycanlı Rauf Hacıyevə aid olduğu müəyyənləşdirilib. Qatilin tapılması üçün əməliyyatlara başlayan polis bağlamanı yük daşıma şirkətinə aparan şəxsi taparaq sorğulayıb. Əldə etdiyi məlumatlarla hərəkət edən polis R. Hacıyevin azərbaycanlı Ceyhun Bağırov tərəfindən öldürüldüyünü, 35 yaşlı Bağırovun qətldən 5 saat sonra təyyarə ilə Rusiyaya qaçdığını aşkarlayıb. Qeyd edək ki, polis tekstil firmasında işçi olmuş Rauf Hacıyevin hansı səbəblə qətlə yetirildiyini araşdırır.

Buna deyərlər, sapı özümüzdən olan balta.

Tofiq Əliyev

O.M.