
Deputatlığa keçmiş namizəd qətl törədib
Bu gün paytaxtın Nəsimi rayonunda qətl törədilib. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəmində tanışı Rövşən adlı şəxsi güllələyərək qətlə yetirib. O, artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb, araşdırma aparılır. Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I Seçki Dairəsindən deputatlığa namizəd olub.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər