
Bağ evindən 17 min avro oğurlayan şəxs tutulub
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, mayın 20-də Mərdəkan qəsəbəsi 28 May küçəsində yerləşən bağ evindən pəncərə şüşəsini və dəmir barmaqlıqları sındırmaq yolu ilə 17 min avro oğurlanıb. Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini Çingiz Budaqov iyunun 7-də tutulub. Araşdırma davam edir.
Oğurluğun ömrü heç qırx gün də çəkmədi.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər