Gənclər arasında kütləvi dava düşüb
Xətai rayonu, Məhəmməd Hadi küçəsi-21 ünvanında yerləşən "Yaşıl Ada" kafesində kütləvi dava düşüb. Kafedə yeyib-içən bir qrup gənc arasında düşən davada 3 nəfər - 22 yaşlı Mərhəmət Məhəmməd oğlu Quliyev, 18 yaşlı Elnur Adil oğlu Məmmədov və 19 yaşlı Binnət Tofiq oğlu Əhmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dava iştirakçılarından bir nəfər - 19 yaşlı Tərlan Məmmədov saxlanılıb.
Mediainfo.az
Digər xəbərlər