Çeçen avtoriteti güllələyən həmyerlimizə hökm oxundu
Sankt-Peterbuqrda çeçen kriminal avtoriteti güllələmiş azərbaycanlıya hökm oxunub. APA TV-nin məlumatına görə, məhkəmə qətl törətmiş Əhmədov soyadlı azərbaycanlını 15 il müddətinə azadlıqdan məhrum edib. O cəzasını ağır rejimli islah əmək düşərgəsində çəkəcək. Qeyd edək ki, hadisə 2012-ci il sentyabrın 23-də "Oxotniçnaya usadba" restoranında baş verib. Restoranın müştəriləri arasında dava düşüb, kütləvi davada 50 nəfər iştirak edib. Dava zamanı 30 yaşlı Əhmədov "TT" markalı tapançasını çıxararaq iki çeçenə 4 atəş açıb. Onlardan biri, dəfələrlə mühakimə olunmuş 35 yaşlı Qroznı sakini Anzor Bisultanov xəstəxanada dünyasını dəyişib. İkinci çeçen beton məhəccərin arxasında gizləndiyindən xəsarət almayıb. Məhkəmə Əhmədovu qətl törətmək və qanunsuz silah gəzdirmə maddələri üzrə mühakimə edib.