Şamaxıda görünməmiş cinayət törədilib!

Şamaxıda görünməmiş cinayət törədilib!

30 May 2014 09:58
Bəyəndim (0) Bəyənmədim (0)
Qardaşı oğlunu güllələdi, qardaşı tərəfindən güllələndi

Şamaxı rayonu Sabir qəsəbəsində dəhşətli hadisə qeydə alınıb. Belə ki, qəsəbə sakini - 1965-ci il təvəllüdlü Şahməmmədov Feyruz Heybət oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qardaşı oğlu - 1993-cü il təvəllüdlü Şahməmmədov Heybətə "Makarov" tapançası ilə atəş açaraq ayağından yaralayıb. Oğlunun əmisi tərəfindən güllələndiyini eşidən 1970-ci il təvəllüdlü Şahməmmədov Mais Heybət oğlu qardaşı Feyruzun əlindən tapançanı alaraq onun ürək və baş nahiyəsinə iki dəfə atəş açıb. F.Şahməmmədov hadisə yerində dünyasını dəyişib.

Ayağından xəsarət alan Heybət Şahməmmədov isə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qardaşını qətlə yetirən Mais tutulub. Məlumata görə, mərhum Feyruz Şahməmmədov iki gün öncə qızına toy edib. O qızını başqa qardaşının oğluna ərə verib.

Hadisənin namus və ya mülk üstündə baş verən dava səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az