Ruslan Bəşirlini təhdid edən şəxs yaxalanıb

Ruslan Bəşirlini təhdid edən şəxs yaxalanıb

29 May 2014 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Avropa.info xəbər saytının direktoru Ruslan Bəşirlini təhdid edən özünü "Hizbullah qalibun" adlandıran Xaçmaz rayon sakini Namiq Həşimzadə polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı Avropa.info-ya açıqlama verən daxili işlər nazirliyinin mətbaut katibliyinin şöbə rəisi Orxan Mansurzadə məsələnin araşdırıldığını bildirib: "Ruslan Bəşirlini təhdid edən şəxs saxlanılıb, hazırda onun dindirilməsi və hadisənin səbəbi araşdırılır. Apardığımız araşdırmadan sonra baş vermiş hadisəyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, Avropa.info-nun direktoru Ruslan Bəşirli mayın 15-də saytın yazdığı "Hizbullah Azərbaycanda təşkilatlanır-Hizbullah qalibun" yazısından sonra Namiq Həşimzadə və onun tərəfdarları tərəfindən təhqirlərə, hədələrə məruz qalıb.

Mediainfo.az