Qohumunu güllələyən könüllü təslim olub
Daxili İşlər Nazirliyinin saytının yaydığı məlumata görə, mayın 29-da Hacıqabul rayonunun Nəvahi qəsəbəsinin ərazisində yerləşən "Nur" kafesində cinayət hadisəsi qeydə alınıb. Qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib. İ.Soltanov könüllü olaraq Hacıqabul Rayon Polis Şöbəsinə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-12" markalı tüfəngi təhvil verib.
Mediainfo.az
Digər xəbərlər