Sankt-Peterburqda 16 yaşlı azərbaycanlı bışaqlanıb

Sankt-Peterburqda 16 yaşlı azərbaycanlı bışaqlanıb

27 May 2014 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Arqumenti i faktı" qəzetinini verdiyi məlumata görə, Sankt-Peterburqda 16 yaşlı gənc azərbaycanlı bıçaqlanıb. O, kafedə kütləvi dava zamanı qarın nahiyyəsindən bıçaq yarası alıb. Zərərçəkmiş ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Hadisədən sonra Ukrayna vətəndaşı Vasiliy Palyok və yerli sakin Dmitri Piroqov saxlanılıblar. İstintaqın versiyasına görə, həmin şəxslər Azərbaycan vətəndaşı ilə mübahisə edib. Sonra münasibətlərin aydınlaşdırılması üçün onlar kafeyə gediblər. Faktla bağlı cinayət işi qaldırılıb. V.Palyokun həbs ediləcəyi, D.Piroqovun isə şəhəri tərk etməmək şərti ilə sərbəst buraxılacağı gözlənilir.

Mediainfo.az