
Qardaşını bıçaqla qətlə yetirmiş şəxs tutulub
İyunun 6-da saat 00.10 radələrində Sumqayıt şəhəri sakini Əbülfəz Zairov münaqişə zəminində qardaşı, əvvəllər məhkum olunmuş Elmanı bıçaqla qətlə yetirmişdir. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Zairov tutulmuşdur.
Fakt üzrə cinayət işi açılıb.
Qardaş qardaşa qara daş oldu.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər