Göyçayda qətl törədilib

Göyçayda qətl törədilib

26 May 2014 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay şəhərinin Nizami küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Məmmədov Rahim Feyzulla oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Rafael oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib. E.Adıgözəlov Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılarkən aldığı ağır xəsarətlər səbəbindən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mediainfo.az