Qubada doğuş zamanı ana və uşaq öldü

Qubada doğuş zamanı ana və uşaq öldü

23 May 2014 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun Nügədi kənd sakini Qızxanım Qayıbova mayın 21-də doğuş üçün mərkəzə yerləşdirilib. Qaynanası Dilgər Qayıbovanın sözlərinə görə, həkimlər ona uşağın qeysəriyyə yolu ilə dünyaya gətiriləcəyini deyiblər: "Bunun üçün hətta bizdən pul da alıblar".

D.Qayıbovanın sözlərinə görə, 3 gün öncə gəlininə əməliyyatdan öncə iynə vurulub. İynədən sonra uşaq ana bətnində ölüb. Bir az sonra isə vəziyyəti ağırlaşan ananın da həyatını xilas etmək mümkün olmayıb. Yaxınları ananın və uşağın ölümünə görə həkimləri günahlandırır.
Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Mediainfo.az