Vergidən yayındığı üçün axtarışdadır

Vergidən yayındığı üçün axtarışdadır

23 May 2014 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın hüquq-mühafizə orqanları türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 51 yaşlı Hamdi Murat Usta vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib. Hamdi Murat Usta Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində də beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmada ittiham olunur.

Mediainfo.az