Sumqayıt Təcridxanasında saxlanılan şəxs öldü
Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında ölüm hadisəsi qeydə alınıb. Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Əsgər Əli oğlu Əliyev naməlum səbəbdən təcridxanada ölüb. Polisdən Ə. Əliyevin Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələri əldə etmə və ya saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanıldığı bildirilib. Ə. Əliyevin ölüm səbəbi keçirilən ekspertizanın nəticəsindən sonra məlum olacaq.
Mediainfo.az
Digər xəbərlər