Daşkəsən rayon icra nümayəndəsi avtoqəzaya düşüb

Daşkəsən rayon icra nümayəndəsi avtoqəzaya düşüb

22 May 2014 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkəsən raonu Bayan kəndi ərazisində yol qəzası baş verib. "VAZ 2107" markalı avtomobillə "QAZ 66" markalı yük avtomobilinin toqquşması nəticəsində Daşkəsən rayonunun Əhmədbəyli kənd icra nümayəndəsi, 1983-cü il təvəllüdlü İsaq Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər. Faktla başlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az