Yıxıldığını desə də, bıçaqlandığı bəlli oldu

Yıxıldığını desə də, bıçaqlandığı bəlli oldu

22 May 2014 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayonunun Armudpadar kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Famil Əhliman oğlu bu gün gecə saatlarında ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan yaralının vəziyyəti ağırdır. Xəsarət alan şəxs ilkin ifadəsində yıxıldığını bildirib. Amma aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun Quba rayonunun Alpan kənd sakini, 1989-cu il təvəllüdlü Bələdova Aygün Gülağa qızı tərəfindən bıçaqlandığı məlum olub. Hadisəni törədən xanım polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

Mediainfo.az