Həmyerlimiz Tatarıstanda qətl törədib

Həmyerlimiz Tatarıstanda qətl törədib

20 May 2014 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada 20 yaşlı gənc taksi sürücüsünü öldürəndən sonra maşınını yandırıb

Tatarıstanda azərbaycanlı gənc qətl törədib. Qısqanc gənc sevgilisinin sevgilisini bıçaqlayıb. Tatarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Zelenodolskda 33 yaşlı evli qadının iki sevgilisi olub. Bunlardan biri 33 yaşlı yerli taksi sürücüsü, digəri isə 20 yaşlı Azərbaycan vətəndaşı olan gənc olub. Sonuncu öz qısqanclığı ilə fərqlənib.

O, sevgilisinin ərindən və özündən başqa sevgilisinin olduğunu bilməyib. Lakin bir dəfə təsadüfən sevgilisinin başqa bir kişinin maşınına mindiyini görüb. Azərbaycanlı onları izləmək qərarına gəlib. Cütlük "Reno Loqan" markalı maşınla meşə massivinə gəliblər.

Maşın dayananda üçüncü şəxs özünü göstərmək qərarına gəlib. Bundan sonra iki kişi arasında mübahisə düşüb. Mübahisə qısa zamanda davaya çevrilib.

Azərbaycanlı cibindən çıxardığı bıçaqla rəqibini öldürüb. Bundan sonra qadınla bir yerdə maşını Volqa çayının sahilinə gətirib. Burada onlar maşına od vurublar.

Cütlüyün izi itirmək üçün bütün cəhdlərinə baxmayaraq polis cinayətin üstünü cəmi 2 saata açıb. Saxlanılandan sonra adı açıqlanmayan şəxs əməlini etiraf edib. Onu bu addımı atmağa qısqanclığın vadar etdiyini deyib.

Mediainfo.az