Masallıda faciə baş verib

Masallıda faciə baş verib

20 May 2014 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Masallı rayonu Mahmudavar kəndi ərazisində faciə baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Xalıq oğlu Babayev hərəkətdə olan "ZİL" markalı yük maşınının yük yerindəki ot tayasının üstündə əyləşdiyi vaxt müvazinətini itirərək yerə yıxılıb. Hadisə yerinə dərhal həkim briqadası çağırılsa da, 13 yaşlı uşaq baş-beyin nahiyəsindən aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Mediainfo.az