
DƏHŞƏT!!!! Cəlilabadda ailə faciəsi yaşanıb - FOTO
Mayın 18-də günorta saatlarında Cəlilabad rayonun Uzuntəpə kəndində faciə yaşanıb. Belə ki, kənd sakini Əliqismət Əsədova məxsus evin həyətindəki ərazidə olan su quyusunda onun üç oğlu təmir işi aparan zaman elə quyunun içindəcə huşlarını itiriblər.
Qonşuların və ev sakinlərinin səyi ilə Fərux və Rasim Əsədovlar quyudan hüşsuz vəziyyətdə çıxarılıblar. Onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə çatdırılıblar. Xəstəxanadan bildirilib ki, Əsədobların vəziyyəti hələlik ağır qiymətləndirilir.
Hadisə yerində dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xiasedicilər 1986-cı il təvəllüdlü Bayram Əliqismət oğlu Əsədovun meyitini quyudan çıxarıblar. Məlumata görə, quyudakı su nasosu işlək vəziyyətdə olarkən qardaşlar orda təmir işləri apararaq, quyunu dərinləşdirmək istəyiblər. İlkin ehtimala görə, su nasosundan ayrılan dəm qazı qardaşların zəhərlənməsinə səbəb olub. Hadisənin dəqiq səbəbi ekspertizanın rəyindən sonra bəlli olacaq. Fakrla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılr./apa/
Mediainfo.az