Şərikini 17 bıçaqla öldürdü
Maştağa qəsəbə sakini, 1993-cü il təvəllüdlü Valeh Xalıqov aralarında yaranmış mübahisə zəminində şəriki, 1975-ci il təvəllüdlü Arif Heybətovu bıçaqlayıb. 17 bıçaq xəsarəti alan A. Heybətov hadisə yerindəcə keçinib. Polisdən bildirilib ki, hadisəni törədən V. Xalıqov və mərhum şərik olublar. Hadisəni törədən V. Xalıqov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Mediainfo.az
Digər xəbərlər