Oğrular bir-bir ələ keçirlər

Oğrular bir-bir ələ keçirlər

4 İyun 2011 20:23
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, mayın 31-də Elxan Cəbiyevin mağazasından 600 manat və ərzaq məhsulları oğurlanmışdı. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu həyata keçirən Bakı şəhər sakinləri Coşqun Mirzəyev, Mircavad Ağayev və Aslan Həsənov yaxalanıblar.
Mayın 25-də H.Əliyev adına Beynəlxalq Aeroportda Eldar Orucovun mobil telefonu oğurlanmışdı. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Taleh Məmmədov da törətdiyi əməl ucbatından tutulub. Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oğrular öz azadlıqlarını oğurlamış oldular...

Könül Aypara

O.M.