Vəzifəli şəxsə cinayət işi açıldı

Vəzifəli şəxsə cinayət işi açıldı

14 May 2014 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Prokurorluq "Vedi-E" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi barədə məlumat yayıb. Lent.az -a daxil olan məlumatda bildirilir ki, Bakı şəhər sakininin "Vedi-E" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimovun cəmiyyət tərəfindən Yasamal rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə onlara 305 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mediainfo.az