Hərəkat təsisçisi Bəxtiyar Hacıyev türkiyəli iş adamından polisə şikayət edib

Hərəkat təsisçisi Bəxtiyar Hacıyev türkiyəli iş adamından polisə şikayət edib

14 May 2014 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Müsbət Dəyişikliklər" Hərəkatının təsisçisi Bəxtiyar Hacıyev türkiyəli iş adamından polisə şikayət edib. Belə ki, 1982-ci il təvəllüdlü Bəxtiyar İlyas oğlu Hacıyev mayın 13-də polisə ərizə ilə müraciət edərək 2013-cü ilin avqustunda tanışı, Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Nurettin Eres Salehettin oğluna birgə iş qurmaq məqsədi ilə 30 min manat verdiyini, lakin türk iş adamının dələduzluq etməklə pulu qaytarmadığını qeyd edib.

Daxil olan şikayət ərizəsi əsasında təhqiqat araşdırmasına başlanılıb. Qeyd edək ki, Nurettin Eres də bir müddət əvvəl polisə müraciət edərək B. Hacıyev tərəfindən təzyiqə məruz qaldığını bildirmişdi. Həmin müraciət əsasında Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Bu il aprelin 14-də B.Hacıyev Türkiyə vətəndaşı Nurəddin Eresin şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.

Mediainfo.az