"NİDA"çıları dəstəkləyənlərin appelyasiya şikayəti təyin edilməyib

"NİDA"çıları dəstəkləyənlərin appelyasiya şikayəti təyin edilməyib

14 May 2014 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Həbsdə olan Müsavat partiyasının üzvü Tural Abbaslı və AXCP üzvü Kəmalə Xəlilova (Bənənyarlı) ilə bağlı məhkəməyə müraciət edilib.

Bu barədə APA-ya məlumat verən vəkil Əsabəli Mustafayev bildirib ki, onların həbsinin qanunsuz hesab olunması barədə apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət edilib. Vəkil şikayətdə K. Bənənyarlının işgəncəyə məruz qalmasının da qeyd olunduğunu bildirib.

Qeyd edək ki, mayın 6-da "Nida" Vətəndaş Hərəkatının üzvlərinə hökm oxunduqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz şüarları səsləndirən bir neçə nəfər məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Onlardan T. Abbaslı 15, K. Bənənyarlı isə 30 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

Mediainfo.az