Narkotacir ana-oğula hökm oxunub

Narkotacir ana-oğula hökm oxunub

13 May 2014 19:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub.

Hökmə əsasən, Polad Salmanov 13 il, onun anası Telbəyim Salmanova 11 il, Novruz Məmmədov 13 il, Elnur Nəsibov 7 il , Samir Kalov 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) və 206-cı (qaçaqmalçılıq) maddəsinə əsasən ittiham olunublar.

Mediainfo.az