Mənzildən başı kəsilmiş meyit tapıldı

Mənzildən başı kəsilmiş meyit tapıldı

13 May 2014 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran rayon sakini kirayədə yaşayırmış

Bakının Sabunçu rayonunda yaşayış evlərindən birində kişi meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 12-də Lənkəran rayon sakini İltifat Mehrəlıyevin baş və boğaz nahiyələrində kəsilmiş xəsarətləri olan meyiti Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki kirayədə yaşadığı evdə tapılıb.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mediainfo.az