
Məktəbin gözətçisi bıçaqlanıb
Cəlilabad rayonu 8 saylı orta məktəbin yaxınlığında xoşagəlməz hadisə baş verib. 1996-cı il təvəllüdlü Bəxtiyar Əsədullayev Cəlilabad rayon 8 saylı orta məktəbdə gözətçi işləyən 1967-ci il təvəllüdlü Şəmsəddin Məlikova şəxsi münasibətlər zəminində bir neçə bıçaq xəsarətli yetirib.
Ş. Məlikov ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər