3 yaşlı uşaq qaynar süd olan qazana düşüb

3 yaşlı uşaq qaynar süd olan qazana düşüb

13 May 2014 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonunun Afurca kəndində bədbəxt hadisə baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü Zeynalov Arzum Vüsal oğlu qaynar südlə dolu qazana yıxılıb. 3 yaşlı körpə ağır yanıq xəsarətləri ilə dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona hər iki aşağı ətrafın, qarnın ön divarının və bədənin arxa səthinin sağrı nahiyələrinin 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra xəstə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

Mediainfo.az