
Namus məsələsi ilə bağlı yayılan videoya görə iki nəfər saxlanılıb
Srağagün Azərbaycanda namus ləkəsinin vəhşicəsinə "yuyulması" ilə bağlı yayılan videokadrlardakı hadisə ilə bağlı təfərrüatlar aydınlaşıb. Milli.Az məlumat əldə edib ki, dəhşətli kadrların çəkildiyi hadisə Tərtər rayonunda ötən ilin iyul ayında törədilib. Döyülən Eldar adlı şəxs dostunun arvadı ilə mobil telefon vasitəsilə yazışıb. Bunu bilən gəlinin qaynı Zaur və qardaşı Ruslan Eldarı meşəyə aparıblar. Orada döyərək videoya çəkiblər.
Tərtər Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elvin Kərimov Milli.Az-a bildirdi ki, həmin işlə bağlı iki nəfər tutulub və hazırda onların işi məhkəmə baxışındadır. Bölmə rəisi əlavə etdi ki, tərəflər arasında ilk olaraq barışıq olmuşdu. Lakin sonradan videonun yayılması zərərçəkmiş tərəfin qəzəbinə səbəb olub və cinayət işi başlanıb.
Mediainfo.az