
Saxta polis əməkdaşları ələ keçiblər
Gədəbəy rayon sakini Arzuman Ələkbərov və Tərtər rayon sakini Sadiq Kərimov özlərini polis əməkdaşı kimi təqdim edərək, Cəlal Kərimlinin idarə etdiyi "VAZ-21099" markalı və Seymur Rəhimovun idarə etdiyi "Opel" markalı avtomobillərdə axtarış aparıblar. Bu zaman onların fırıldaqlarının üstü açılıb və hər ikisi Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə 40-cı polis bölməsinə təhvil veriliblər. Faktla bağlı araşdırma aparılır.
Saxtakar polis görmüşdük, ancaq saxta polis yox...
Könül Aypara
O.M.
Digər xəbərlər