
Azərbaycanlı manyak həbs edildi
Rusiyanın Xanti-Mansiysk vialаyətinin Yuqra şəhərində Azərbaycan vətəndaşının törətdiyi dəhşətli cinysətin üstü açılıb. "Axar.az"ın yerli telekanallara istinadən verdiyi məlumata görə, Yuqrada miqrant həyatı yaşayan E.Abbbasov adlı Azərbaycan vətəndaşı 2013-cü ilin oktyabrından bu ilin martınadək müxtəlif vaxtlarda 6 məktəbli qızı zorlayıb. O, aprelin sonunda ələ keçib. O, parkda növbəti qurbanını zorlamaq istəyərkən əməliyyatçılar tərəfindən yaxalanıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Abdullayev məktəbli qızları qorxudaraq şəhərin Sadovaya küçəsində yerləşən mənzilinə gətirir, onları orada zorlayırmış. Qızlara hədə-qorxu gələrək bildirirmiş ki, bu barədə kiməsə bir söz desələr, başlarını kəsəcək. Cinayətkarın izinə qızlardan birinin anasının polisə şikayət etməsindən sonra düşüblər və keçirilən xüsusi əməliyyat zamanı manyak saxlanılıb. Məlumata görə, ondan qısas alıncağından ehtiyatlanan polis Abdullayevin harada saxlanıldığı barədə yerin gizliliyini qoruyur.
Mediainfo.az