Moskvada həmyerlimizi öldürüb zibilliyə atıblar

Moskvada həmyerlimizi öldürüb zibilliyə atıblar

6 May 2014 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Moskva vilayətində azərbaycanlı qətlə yetirilib.

Apa-nın Moskva müxbirinin məlumatına görə, 32 yaşlı azərbaycanlının Kostroma vilayətində yaşadığı bildirilib.

Mayın 4-də Rusiya Daxili İşlər Nazirliyinin Moskva Vilayətinin Sıçovski rayonu Şöbəsinin növbətçi hissəsinə Nikolski-Jornovka avtomobil yolunun kənarında yerləşən zibillikdə üzərində zorakılıq əlamətləri olan kişi cəsədinin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları odlu silahdan qətlə yetirilən kişi cəsədi aşkarlayıblar. Cəsədin üzərindən heç bir sənəd tapılmayıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları qətlə yetirilən şəxsin kimliyini müəyyən ediblər. Məlum olub ki, ki, qətlə yetirilən şəxs Rusiyanın müxtəlif regionlarında əmək fəaliyyəti ilə məşğul olan 32 yaşlı azərbaycanlıdır.

Əməliyyatçılar qatilin yaxınlıqda yerləşən Nikolski kəndinin 52 yaşlı sakini olduğunu müəyyən ediblər. Belə ki, qətldə şübhəli bilinərək saxlanılan şəxsin arvadı rəfiqəsi ilə birlikdə azərbaycanlını evə dəvət edib. Onlar gecə birlikdə yeyib-içiblər. Səhər evə gələn kişi evdə yad kişinin olduğunu görərək, arvadı ilə mübahisə etməyə başlayıb. Bu zaman azərbaycanlı arvadı müdafiə etmək istəyib. 52 yaşlı Rusiya vətəndaşı evdə olan Böyük Vətən müharibəsindən qalmış tüfənglə azərbaycanlını sinəsindən atəş açmaqla öldürüb. Daha sonra o, qətlə yetirdiyi şəxsi avtomobilinə qoyaraq kəndin kənarında yerləşən zibilliyə atıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az