 
    
    Cinayətkar Bakıda gizlənibmiş
Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Rusiya Federasiyasının vətəndaşı Ruslan Şamsudinov saxlanılıb.
Saxlanılan şəxsin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu (cinayət hazırlama və cinayətə cəhd), 105-ci (adam öldürmə) və 222-ci (qanunsuz silah əldə etmə, satma, saxlama, daşıma) maddələri üzrə təqsirli bilindiyi açıqlanıb.
Mediainfo.az
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    


















































































