Təcili tibbi yardım maşını qəzaya uğradı
Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində avtəqza baş verib. Belə ki, 37 yaşlı Zəfər Abdullayevin idarə etdiyi "Opel" markalı avtomobil, 43 yaşlı Arif Hüseynovun idarə etdiyi təcili tibbi yardım maşını ilə toqquşub. Qəza nəticəsində təcili yardımda olan bir tibb işçisi yüngül xəsarət alıb. Həmin şəxsə elə hadisə yerində lazımi yardım göstərilib.
Qəzanın baş verməsində sürücülər bir-birilərini günahlandırsa da, şahidlərin sözlərinə görə, qəzaya təcili yardımın işıqforun qırmızı işığında hərəkəti davam etdirməsi səbəb olub. Bu zaman avtomobilin xəbərdaredici həyəcan işıqları da sönülü vəziyyətdə olub.
Təcili yardım avtomobili paytaxtda fəaliyyət göstərən özəl klinikalardan birinə məxsusdur.
Hadisənin dəqiq başvermə səbəbləri Nəsimi Rayon Polis İdarəsində araşdırılır.
Mediainfo.az