Dünənki qəzada bir ailədən iki nəfər ölüb, biri isə yaralanıb

Dünənki qəzada bir ailədən iki nəfər ölüb, biri isə yaralanıb

5 May 2014 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Ələt - Astara magistralının 124-cü kilometrliyində - yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Yardımlı rayonu Osnağaran kənd sakini, 1964-cü il təvəllüdlü Şahəli Quliyevin idarə etdiyi "Hyundai Santafe" markalı, 90 DH 277 dövlət nömrə nişanlı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı kanala aşıb.

Sürücü və onun sərnişini, qardaşı, 1967-ci il təvəllüdlü Araz Quliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişin, sürücünün qardaşı oğlu, 1984-cü il təvəllüdlü Rauf Manafov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır hesab edilir.

İlkin versiya kimi, qəzanın yüksək sürətlə hərəkətdə olan "Hyundai"ın qəfildən idarəetməni itirməsi səbəbindən baş verdiyi göstərilir. Dəqiq səbəblər isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Mediainfo.az