Bakıda dəhşətli qətl

Bakıda dəhşətli qətl

2 May 2014 23:15
Bəyəndim (0) Bəyənmədim (0)
Keçmiş polis əməkdaşı həyat yoldaşını boğaraq öldürüb

Bakıda dəhşətli qətl hadisəsi törədilib. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün H. Zərdabi küçəsi, 71, mənzil 176-da qeydə alınıb.

1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb. Hadisəyə ailədaxili münaqişə səbəb olub. Dilavər Əhmədov polisə könüllü təslim olub.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən istintaq aparır.

D. Əhmədovun keçmiş polis işçisi olduğu bildirilir.

Mediainfo/az