Bakıda qadını döyüb öldürdülər

Bakıda qadını döyüb öldürdülər

2 May 2014 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakının Binəqədi rayonu ərazisində 39 yaşlı qadın öldürülüb.

Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Səttar Bəhlulzadə küçəsi 4 ünvanında Rusiya Federasiyası vətəndaşı, 1975-ci il təvəllüdlü Maya Kominova Asxadova döyülmüş halda xəstəxanaya yerləşdirilib. Onun çənəsinin sındığı bildirilib. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib. Binəqədi polisinn keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1964-cü il təvəllüdlü Sadiq Məmmədəli oğlu Süleymanov yaxalanıb. O, polisə verdiyi ifadədə qadını döymədiyini, sadəcə bir sillə vurduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az