Toyda həmyerlisini bıçaqlayanı polis axtarır!
Ötən gecə saat 22.30 radələrində Lənkəranın Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisi zamanı cinayət hadisəsi qeydə alınıb. Kənd sakini, 34 yaşlı Ramin Əzizov şəxsi münaqişə zəminində qohumu və dostu olan 19 yaşlı İlkin Teymurova bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb. Ilkini dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Mədəsindən möhkəm zədələnən yaralı 3 saat çəkən əməliyyat sonra sağ qalıb.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Ramin Əzizovun saxlanılıb, istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər








































.jpg)
















.jpg)














.jpg)


.png-1.png)

















