"Millenium"da toy yasa çevrildi

"Millenium"da toy yasa çevrildi

2 İyun 2011 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Şəhərimizin şadlıq saraylarının biri olan "Millenium"da keçirilən polis toyu bir andaca yasa dönüb! Məclisə dəvət alanlar arasında olan polis zabiti, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşı, 53 yaşlı İman İmanov oynayarkən, qəflətən əlini ürəyinə aparıb. Və iş yoldaşlarının yanındaca yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, polis zabitini həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün dəfn olunması üçün doğulduğu Cəlilabad rayonuna aparılıb.

İlkin versiyaya görə, İ. İmanov ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı istintaq başlanıb.

Könül Aypara

O.M.