Məşuqəsini baltalayan polisə təslim oldu

Məşuqəsini baltalayan polisə təslim oldu

16 Aprel 2014 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkir sakininin hadisənin qısqanclıq zəminində törətdiyi bildirilib. Qeyri-rəsmi nikah münasibətində olduğu qadına balta ilə xəsarət yetirmiş Şəmkir sakini polisə könüllü təslim olub. Daxili İşlər Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə ötən gün baş verib.

Belə ki, Şəmkir şəhəri S.Qazıyeva küçəsindəki mağazada şəhər sakini Müşfiq Əmirov qeyri-rəsmi nikah münasibətində olduğu Sevinc Həsənovaya balta ilə xəsarət yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.

M.Əmirov könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.